Böyük Britaniyada 600 nəfər bir xoruzun xilası üçün petisiya başladıb - Admenasi
Dunyada

Böyük Britaniyada 600 nəfər bir xoruzun xilası üçün petisiya başladıb

Böyük Britaniyada “Polkovnik” ləqəbli xoruza səhər banladığına görə ölüm cəzası verilə bilər.

Oxu.Az-ın xəbərinə görə, “Daily Star” nəşri məlumat verib.

Səs-küylü quşun Oldebi kəndindən olan sahibi, Syu Fartinq adlı qadın yerli şuradan xəbərdarlıq alıb ki, əgər xoruzu susdurmasa, quşa “məcburi xarakterli tədbirlər” tətbiq edilə bilər. Yerli hakimiyyət orqanları bildirib ki, “Polkovnik”in hər səhər banlamasından bezən qonşu şikayət edib.

Böyük Britaniyada 600 nəfər bir xoruzun xilası üçün petisiya başladıb

Hadisə kənd sakinlərini qəzəbləndirib və 600-dən çox insan “Xoruzu xilas et” petisiyasını imzalayıb. Sənəddə bildirilir ki, ferma heyvanlarının çıxardığı səslər kənd yerlərində gündəlik həyatın dəyərli hissəsidir və xoruza istədiyi halda banlamağa icazə verilməlidir.

“Bu, gülüncdür. Xoruza ancaq kiməsə yaxınlaşmağa qadağa qərarı, erkən saatlarda komendant saatı və ehtimal ki, öz lələklərini təmizləmək üçün ictimai iş verilə bilər”, – deyə “qayda pozuntusu edən” xoruzun sahibi qeyd edib.

Mənbə: https://sonxeber.az/387230/boyuk-britaniyada-600-nefer-bir-xoruzun-xilasi-ucun-petisiya-basladib

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button