Bakıda fevralın 8-9-i tarixlərində xəbərdarlıq elan olunub

Fevralın 8-9-i tarixlərində Azərbaycanın bir sıra regionlarında proqnozlaşdırılan küləkli hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq elan edilmişdir.
Sonxeber.az-in verdiyi məlumata görə, sözügedən xəbərdarlıq Milli Hidrometeorologiya Xidməti tərəfindən açıqlanmışdır.
Qurumdan verilən məlumatda qeyd olunub ki, Balakən, Qax, Şəki, Oğuz, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Qəbələ, Cəbrayıl, Zəngilan, Füzuli, Laçın, Mingəçevir, Gəncə, Naftalan, Samux, Goranboy, Tərtər, Yevlax, Bərdə, Xızı, Qusar, Qobustan, Kəlbəcər, Daşkəsən, Gədəbəy, Salyan, Neftçala, Hacıqabul, Sabirabad, Lerik, Yardımlı rayonlarında qərb küləyinin əsməsi gözlənilir.
Həmin ərazilərdə küləyin sürəti saniyədə 13.9-20.7 metrə çatacaq.
Mənbə: https://sonxeber.az/387254/bakida-bu-tarixlerde-guclu-kulek-esecek-xeberdarliq



