"İdrak" liseyində müəllimini güllələyən ŞAGİRD BARƏDƏ QƏRAR - Admenasi
Hadise

“İdrak” liseyində müəllimini güllələyən ŞAGİRD BARƏDƏ QƏRAR

Binəqədi Rayon Məhkəməsində Bakıdakı “İdrak” liseyində müəllimini güllələməkdə təqsirləndirilən yeniyetmənin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Oxu.Az-ın məlumatına görə, prosesdə istintaq orqanının təqdimatı təmin edilib və Ə.Ş. barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, fevralın 6-da Bakıdakı “İdrak” liseyində 28 yaşlı riyaziyyat müəllimi Şəhla Kamilova 10-cu sinif şagirdi Ə.Ş. tərəfindən güllələnib.

Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlə hadisəni törətməkdə şübhəli bilinən Ə.Ş. saxlanılıb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Mənbə: https://sonxeber.az/387235/idrak-liseyinde-muellimini-gulleleyen-sagird-barede-qerar

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button