Nəhəng qızıl heykəli hazırlandı - Foto - Admenasi
Maraqli

Nəhəng qızıl heykəli hazırlandı – Foto

Mayamidə Donald Trampın qızılla örtülmüş nəhəng heykəli ucaldılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “The Independent” yazır.

Təxminən 4,5 metr hündürlüyündə olan Tramp heykəli bürüncdən hazırlanıb və qızılla örtülüb. O, Cənubi Florida ştatının Doral şəhərindəki “Trump National Doral” qolf kurortunda altı metrlik postament üzərində qurulacaq.

Heykəl Alan Kottrell tərəfindən $PATRIOT sikkələrini təbliğ edən kriptovalyuta investorlarının sifarişi ilə hazırlanıb.

Hazırda Kottrell davam edən mübahisə səbəbindən heykəli Ohayodakı zavodunda saxlayır. Belə ki, heykəltəraş söz verilən 150 min dolların 60 minini aldığını bildirir.

Mənbə: https://sonxeber.az/387158/neheng-qizil-heykeli-hazirlandi-foto

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button