Gənc qadının viza etirazı sosial mediada gündəm oldu - VİDEO - Admenasi
Sosial

Gənc qadının viza etirazı sosial mediada gündəm oldu – VİDEO

Portuqaliyaya viza üçün müraciət edən, lakin müraciəti rədd edilən gənc qadın paylaşdığı video ilə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, videoda göz yaşlarını saxlaya bilməyən qadın yaşadığı vəziyyətə etirazını emosional şəkildə dilə gətirib.

Gənc qadın çıxışında, “Vaxtilə Kanuninin asanlıqla fəth etdiyi ölkəyə cəmi bir həftə getmək üçün bütün pulumu aviabilet və vizaya xərclədim, hətta borca girdim. Ölkə İzmir şəhərindən belə kiçikdir. Biz buraları vaxtilə asanlıqla almırdıqmı?” ifadələrini işlədib.

Onun bu sözləri sosial mediada birmənalı qarşılanmayıb. Bir qrup istifadəçi gənc qadının yaşadığı məyusluğu haqlı hesab edərək ona dəstək verib, digərləri isə bu cür müqayisələrin və videonun paylaşılmasının düzgün olmadığını bildirərək tənqid edib.

Hadisə qısa müddətdə sosial şəbəkələrdə geniş rezonans doğuraraq viza problemləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Video ucun menbeyey baxin: https://sonxeber.az/387173/genc-qadinin-viza-etirazi-sosial-mediada-gundem-oldu-video

Mənbə: https://sonxeber.az/387173/genc-qadinin-viza-etirazi-sosial-mediada-gundem-oldu-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button