Tonlarla çəkisi olan TIR-ın altından möcüzəvi şəkildə xilas oldu – VİDEO

Adanada baş verən yol-nəqliyyat hadisəsində TIR-la toqquşaraq nəqliyyat vasitəsinin altında qalan motosiklet sürücüsü möcüzə nəticəsində sağ qalıb.
Sonxeber.az türk mediasına istinadən xəbr verir ki, qəza zamanı sıxışdığı yerdə hərəkət belə edə bilməyən motosikletçi, taxdığı kaska və qoruyucu geyimlər sayəsində hadisəni yüngül xəsarətlərlə ötüşdürüb.
Hadisə yerinə gələn xilasedicilər və tibb işçiləri tərəfindən aparılan müdaxilədən sonra sürücünün həyatı üçün təhlükə olmadığı bildirilib. Yaşanan anlar isə ətrafdakı vətəndaşların diqqətini çəkib və sosial şəbəkələrdə geniş müzakirə olunub.
Video ucun menbeyey baxin: https://sonxeber.az/387172/tonlarla-cekisi-olan-tir-in-altindan-mocuzevi-sekilde-xilas-oldu-video
Mənbə: https://sonxeber.az/387172/tonlarla-cekisi-olan-tir-in-altindan-mocuzevi-sekilde-xilas-oldu-video



