Bir gün əvvəl başına 6 tikiş atılmasına baxmayaraq oyuna çıxıb, qalib oldu - Admenasi
Idman

Bir gün əvvəl başına 6 tikiş atılmasına baxmayaraq oyuna çıxıb, qalib oldu

“Beşiktaş”ın kişi basketbol komandasının xorvatiyalı oyunçusu Ante Jiziç məşq zamanı yaşadığı zədəyə baxmayaraq oyuna çıxaraq komandasının qələbəsində mühüm rol oynayıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, komanda Eurocup turnirinin 17-ci həftəsində “Türk Telekom”u 91:81 hesabı ilə məğlub edib. Qarşılaşmadan sonra “Beşiktaş”ın baş məşqçisi Duşan Alimpiyeviç açıqlamasında bildirib ki, oyundan bir gün əvvəl Ante Jiziçin başına 6 tikiş atılıb və basketbolçu buna baxmayaraq parketə çıxıb.

Məlumata görə, Jiziç matçdan bir gün əvvəl keçirilən məşqdə etdiyi sərt slam-dank zamanı səbəti sındırıb. Zərbənin gücündən şit dağılıb, eyni zamanda səbətin dəmir hissəsi qırılaraq basketbolçunun baş nahiyəsində dərin yara açıb.

Hadisədən sonra ehtiyat tədbiri olaraq xəstəxanaya aparılan uğurlu basketbolçunun başına 6 tikiş qoyulub. Buna baxmayaraq, Ante Jiziç “Türk Telekom”la oyunda meydana çıxaraq matçı 12 xal, 11 ribaund və 2 məhsuldar ötürmə ilə başa vurub.

Mənbə: https://sonxeber.az/387149/bir-gun-evvel-basina-6-tikis-atilmasina-baxmayaraq-oyuna-cixib-qalib-oldu

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button