Kuryer çatdırdığı yeməyə ayaqqabısını sürtüb

ABŞ-da qeydə alınan bir video qısa zamanda böyük qəzəb doğurub.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, videoda bir kuryerin müştəriyə təhvil verəcəyi yeməyə ayaqqabısını sürtdüyü anlar dəqiq şəkildə görünür. Hadisə müştərinin qapısındakı kamera tərəfindən qeydə alınıb və sosial mediada paylaşılmasından sonra milyonlarla istifadəçiyə çatıb.
Videonu izləyən çoxsaylı istifadəçilər yaşananları sadə bir səhv kimi keçişdirməyin mümkün olmadığını bildiriblər. Sosial şəbəkələrdə yayılan paylaşımlarda bu hərəkətin ictimai sağlamlıq üçün təhlükə yaratdığı vurğulanaraq, çatdırıcının barəsində ciddi cəza tədbirlərinin görülməsi çağırışları edilib.
Hadisədən sonra çatdırılma şirkətinin kuryer ilə bağlı araşdırma apardığı, yerli səlahiyyətlilərin də görüntüləri qiymətləndirdiyi bildirilib. ABŞ mətbuatında yayılan şərhlərdə oxşar halların artmasının yemək çatdırılma xidmətlərinə olan etibarı zəiflədə biləcəyi diqqətə çatdırılıb.
Bu hadisə son illərdə sürətlə inkişaf edən ABŞ-ın onlayn yemək çatdırılma sektorunda nəzarət və təhlükəsizlik mexanizmlərinin kifayət edib-etmədiyi barədə yenidən müzakirələrə yol açıb. Ekspertlər bildirirlər ki, təhlükəsizlik kameralarının bu cür halların aşkarlanmasında mühüm rol oynadığını vurğulayıblar.
Mənbə: https://sonxeber.az/387152/kuryer-catdirdigi-yemeye-ayaqqabisini-surtub



