Təcavüzə uğrayan uzunqulaq qoruma altına alınıb - Admenasi
Hadise

Təcavüzə uğrayan uzunqulaq qoruma altına alınıb

Türkiyədə ağır zorakılığa məruz qaldığı müəyyən edilən bir eşşək daxil olan məlumat əsasında heyvanları mühafizə qrupları tərəfindən xilas edilərək baytar nəzarətinə götürülüb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, daxil olan məlumatdan sonra hadisə yerinə yollanan heyvanları mühafizə əməkdaşları üzərində ağır istismar izləri olan eşşəyi tapıldığı ərazidən götürərək təhlükəsiz yerə aparıblar. İlkin müayinələr zamanı heyvanın həm fiziki zorakılığa, həm də cinsi istismara məruz qaldığı müəyyən edilib.

Baytar həkimlər tərəfindən ətraflı müayinədən keçirilən eşşəyin müalicəsinə start verilib, yanında olan balası da mühafizə altına alınıb. Səlahiyyətli qurumlar hadisə ilə bağlı araşdırmaya başlayıb və məsul şəxslərin müəyyən olunması üçün ərazidə araşdırmalar aparıldığını açıqlayıblar.

İlkin tibbi yardımdan sonra ana və bala daha yüksək səviyyəli qulluq və reabilitasiya təmin olunması üçün İstanbuldakı ixtisaslaşmış heyvan baxım mərkəzinə göndərilib. Mütəxəssislərin uzunmüddətli sağaltma proqramı tətbiq edəcəyi bildirilib. Heyvan hüquqları müdafiəçiləri isə prosesi yaxından izləyəcəklərini vurğulayaraq oxşar halların qarşısının alınması üçün nəzarətin gücləndirilməsinə çağırış ediblər.

Baş verən heyvan istismarı faktı, eləcə də ana eşşək və balasının görüntüləri sosial şəbəkələrdə ciddi narazılıq doğuraraq geniş müzakirələrə səbəb olub.

Mənbə: https://sonxeber.az/387147/tecavuze-ugrayan-uzunqulaq-qoruma-altina-alinib

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button