Bəhlulun Çin klubuna transferi baş tutmadı - Admenasi
Idman

Bəhlulun Çin klubuna transferi baş tutmadı

Azərbaycan millisinin və “Qarabağ”ın oyunçusu Bəhlul Mustafazadənin Çinin “Şençjen Penq Siti” klubuna keçidi baş tutmayıb.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb Asiya təmsilçisinin müdafiəçinin dərhal komandaya qoşulmasını istəməsi olub.

Belə ki, “Şençjen Penq Siti” rəhbərliyi 2+1 illik müqavilə razılaşdırdığı B.Mustafazadədən Çempionlar Liqasında “Nyukasl”a qarşı keçirəcəkləri matçdan əvvəl Çinə gəlməsini istəyib.

Lakin futbolçu “Qarabağ”la İngiltərə klubuna qarşı ÇL matçlarında meydanda olmaq istədiyini deyib. Nəticədə tərəflər danışıqları dayandırıb.

Mənbə: https://sonxeber.az/387134/behlulun-cin-klubuna-transferi-bas-tutmadi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button