Hamiləliyi pozulduqdan sonra körpəsini gülün dibinə basdırdı

ABŞ-də yaşayan Tracy Kardys 10 həftəlik hamilə ikən ev şəraitində onu itirir. Bundan sonra o, körpəsini evindəki bir dibçək bitkisinin torpağına basdırıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, aylar sonra bitkini dəyişdirərkən yaşadığı duyğusal anları TikTok platformasında paylaşan qadının videosu qısa müddətdə sosial mediada viral olub. Qadının paylaşımı həm yaşadığı itkini yenidən xatırlaması, həm də hamiləlik itkisi sonrası keçirdiyi çətin psixoloji proseslə milyonlarla insanın diqqətini cəlb edib.
Görüntülərdə Tracy Kardysin duyğulandığı, göz yaşlarını saxlaya bilmədiyi və bu hadisənin onun həyatında dərin iz buraxdığı açıq şəkildə görünür. Sosial şəbəkə istifadəçiləri paylaşımın altında ona dəstək mesajları yazaraq hamiləlik itkisi sonrası yaşanan travmaların daha çox gündəmə gətirilməsinin vacibliyini vurğulayıblar.
Mənbə: https://sonxeber.az/387131/hamileliyi-pozulduqdan-sonra-korpesini-gulun-dibine-basdirdi



