"Oğlumu bıçaqlayan uşağın ailəsini tanıyıram" - Admenasi
Sosial

“Oğlumu bıçaqlayan uşağın ailəsini tanıyıram”

“Oğlumu bıçaqlayan uşağın ailəsini tanıyıram, onlarla heç bir ədavətimiz olmayıb”.

Bunu “Qafqazinfo”ya ötən gün Ağcabədi rayonunun Aşağı Avşar kəndində 7 yaşlı oğlu bıçaqlanan Rəşad Bəşirov bildirib.

O, hadisənin səbəbini bilmədiyini deyib: “Vuran uşağın ailəsi çox gözəl ailədir. Uşağın dayısı ilə də dost olmuşam, pisliklərini görməmişəm.

Oğlum dedi ki, ata, məni qırağa – öz darvazalarının qabağına apardı, vurub qaçdı aralığa. Öz evlərinə tərəf getmədi…”

R.Bəşirov 4 övladı olduğunu, kommunal idarədə işlədiyini qeyd edib.

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının həkimi Azad Hüseynov açıqlamasında xəstənin vəziyyətinin orta-ağır olduğunu açıqlayıb: “Uşağın bədəninin müxtəlif nahiyələrində çoxsaylı – 20-yə yaxın kəsilmiş-deşilmiş yaralar müəyyən olunub. Xəstədə kəskin qanitirmə müşahidə olunurdu. Təcili olaraq əməliyyat blokuna götürüldü. Bütün yaralar cərrahi işləndi. Xəstə ağır vəziyyətdə reanimasiya şöbəsinə verildi. Hazırda ümumi vəziyyəti orta-ağır qiymətləndirilir”.

Xatırladaq ki, ötən gün Ağcabədi rayonunda azyaşlı çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan bir nəfər müəyyən edilib.

Mənbə: https://sonxeber.az/387070/oglumu-bicaqlayan-usagin-ailesini-taniyiram

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button