Sosial
Yaxın günlərdə qar və çovğun proqnozlaşdırılmır

“Yaxın 2-3 gün ərzində Azərbaycanın hava şəraitində mühüm bir dəyişiklik gözlənilmir”.
Sonxeber.az xəbər verir ki, bu sözləri APA-ya açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
“Ötən gün ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub. Ancaq yaxın günlərdə kəskin hava şəraiti, o cümlədən qar və çovğun proqnozlaşdırılmır”, – Gülşad Məmmədova qeyd edib.
Mənbə: https://sonxeber.az/387066/yaxin-gunlerde-qar-ve-covgun-proqnozlasdirilmir



