Müsəlmanları ayağa qaldıran qərar: Bu ölkədə çox sayda məscid bağlanılacaq! - Admenasi
Dunyada

Müsəlmanları ayağa qaldıran qərar: Bu ölkədə çox sayda məscid bağlanılacaq!

Yunanıstanın Miqrasiya və Sığınacaq naziri Thanos Plevris paytaxt Afina şəhərində “lisenziyasız” fəaliyyət göstərən bir sıra məscidlərin bağlanacağını açıqlayıb. Nazir bildirib ki, bu ibadət yerlərini idarə edən miqrantların oturum icazələri də ləğv olunacaq.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Plevris parlamentdə çıxışı zamanı Afinada bir məscidi idarə edən Banqladeş vətəndaşının yaşayış icazəsinin artıq ləğv edildiyini və həmin ibadətxananın “lisenziyasız” olduğu əsas gətirilərək bağlandığını deyib. Nazir həmçinin həmin şəxs barəsində deportasiya qərarı verildiyini də qeyd edib.

Yaşayış icazəsinin ləğvinə əsas kimi Plevris 2025-ci ildə qüvvəyə minmiş və qanunları pozan miqrantların yaşayış icazələrinin ləğvini nəzərdə tutan qanunu göstərib. Nazir vurğulayıb ki, müvafiq nazirliklərin koordinasiyası ilə digər “lisenziyasız” məscidlərə qarşı da oxşar tədbirlər görüləcək.

Uzun illər rəsmi məscidi olmayan yeganə Avropa paytaxtı kimi tanınan Afinada ilk rəsmi məscid 2020-ci ildə Votanikos rayonunda açılıb. Şəhərdə on minlərlə müsəlmanın yaşadığı ehtimal olunsa da, hazırda ibadət üçün açıq olan yeganə rəsmi məscid məhz budur.

Bu səbəbdən müsəlman icması müxtəlif məhəllələrdə öz imkanları hesabına açılan kiçik məscid və ibadət yerlərində ibadətlərini davam etdirir. Lakin bu məkanların bir qismi bürokratik səbəblərdən “lisenziyasız ibadətxana” statusunda fəaliyyət göstərir.

Mənbə: https://sonxeber.az/387049/muselmanlari-ayaga-qaldiran-qerar-bu-olkede-cox-sayda-mescid-baglanilacaq

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button