Uşağın mədəsindən "Hulk" çıxdı - VİDEO - Admenasi
Hadise

Uşağın mədəsindən “Hulk” çıxdı – VİDEO

Hindistanda qarın ağrısı şikayəti ilə xəstəxanaya çatdırılan azyaşlı bir uşağın mədəsindən cərrahi əməliyyat yolu ilə məşhur cizgi film personajı “Hulk”un oyuncağı çıxarılıb. Aparılan rentgen müayinələri zamanı mədədə sərt bir cismin olduğu müəyyən edilib.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, həkimlərin müdaxiləsi nəticəsində məlum olub ki, həmin cisim uşağın oyun zamanı udduğu fiqurudur. Uğurla başa çatan əməliyyatdan sonra uşağın vəziyyətinin stabilləşdiyi və səhhətinin yaxşı olduğu bildirilib.

Mütəxəssislər uşağın bu qədər sərt və nisbətən böyük ölçülü bir oyuncağı uda bilməsinə təəccübləndiklərini qeyd ediblər. Hadisə valideynlər üçün kiçik əşyaların uşaqlar üçün yaratdığı təhlükə ilə bağlı bir daha xəbərdarlıq kimi dəyərləndirilib.

Video ucun menbeyey baxin: https://sonxeber.az/387035/usagin-medesinden-hulk-cixdi-video

Mənbə: https://sonxeber.az/387035/usagin-medesinden-hulk-cixdi-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button