Azərbaycanda bu məktəblərə yeni direktorlar TƏYİN EDİLDİ - Admenasi
Sosial

Azərbaycanda bu məktəblərə yeni direktorlar TƏYİN EDİLDİ

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblərə yeni direktorlar təyin olunub.

BAKU.WS xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Bildirilib ki, Göygöl rayonu Ramiz Əsgərov adına Qırıqlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsinə Təranə Elman qızı Cəbrayılova təyin edilib.

Gəncə şəhəri inteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru vəzifəsinə Nail Bahadur oğlu İmranov, Daşkəsən rayonu Gündüz İsmayılov adına Aşağı Daşkəsən kənd tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsinə isə Duman Raquf oğlu Bayramov təyin edilib.

Mənbə: https://sonxeber.az/387026/azerbaycanda-bu-mekteblere-yeni-direktorlar-teyin-edildi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button