Çinin Luoyanq şəhərində yerləşən parklardan birində baş verən hadisə böyük marağa səbəb olub.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, bir adam donmuş gölə düşən uşağı xilas etmək üçün öz həyatını riskə atıb.
Məlumata görə, uşaq dostları ilə birlikdə buzla örtülmüş gölün üzərində oynayarkən buzun qəfil sınması nəticəsində suya düşüb. Hadisəni görən adam dərhal müdaxilə edərək buzlu suya girib və uşağı xilas etməyə nail olub.
Ətrafdakıların köməyi ilə həm uşaq, həm də onu xilas edən şəxs təhlükəsiz şəkildə sudan çıxarılıb. Hadisə şahidləri onun cəsarətini yüksək qiymətləndiriblər.