Məşhur müğənni İrem Derici nəhayət nişanlandı - VİDEO - Admenasi
Şou biznes xəbərləri

Məşhur müğənni İrem Derici nəhayət nişanlandı – VİDEO

Məşhur müğənni İrem Derici ailə arasında keçirilən sadə mərasimlə sevgilisi Melih Kunukçu ilə nişanlanıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, cütlük evlilik yolunda ilk rəsmi addımı yaxınlarının iştirakı ilə atıb. Mərasimdə üzükəri ailə böyükləri taxıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə İrem Dericinin xoşbəxt və olduqca şən olduğu diqqət çəkib.

Derici nişan tarixini günlər öncə 3 fevral olaraq açıqlamış və zarafatla “Xahiş edirəm, məni saxlamayın, qoyun bu qız bir gün üzü görsün” sözləri ilə diqqət mərkəzinə düşmüşdü. Müğənni daha əvvəl də nişan planının təsadüfi şəkildə rəsmi prosedurlarla üst-üstə düşdüyünü bildirərək bunu yumorla qarşılamışdı.

Nəhayət, gözlənilən gün gəlib çatıb və cütlük ailə arasında keçirilən mərasimdə “bəli” deyərək nişanlanıb. Kadrlarda onların sevincinin üzlərindən oxunduğu görünür. Ailə böyüklərinin kəsdiyi nişan lentindən sonra Dericinin zarafatla dediyi “gün üzü görmək” arzusu da gerçəkləşmiş olub.

Müğənninin əvvəlki “gözaltı” zarafatı isə sosial mediada izləyicilər tərəfindən gülüşlə qarşılanıb.

Video ucun menbeyey baxin: https://sonxeber.az/386967/meshur-mugenni-irem-derici-nehayet-nisanlandi-video

Mənbə: https://sonxeber.az/386967/meshur-mugenni-irem-derici-nehayet-nisanlandi-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button