İranda qadınlara motosiklet sürmək üçün rəsmi icazə verildi - Admenasi
Dunyada

İranda qadınlara motosiklet sürmək üçün rəsmi icazə verildi

ABŞ-nin mümkün hərbi müdaxilə təhdidləri fonunda olan İranda qadınlarla bağlı mühüm bir qərar qüvvəyə minib.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, ölkə Nazirlər Kabinetinin qərarına əsasən, qadınlara motosiklet sürücülük vəsiqəsinin verilməsi artıq rəsmi şəkildə mümkün olacaq.

Yeni tənzimləməyə əsasən, qadın namizədlər üçün motosiklet sürücülüyü üzrə təlim və imtahan prosesi başladılacaq. Müvafiq qurumlar tərəfindən təşkil olunacaq kurslarda iştirak edən qadınlar nəzəri və praktiki imtahanlardan uğurla keçdikdən sonra sürücülük vəsiqəsi ala biləcəklər.

Qərar İranda uzun illərdir davam edən məhdudiyyətlərin qismən yumşaldılması kimi qiymətləndirilir. Qadın hüquqları müdafiəçiləri bu addımı müsbət qiymətləndirsələr də, tətbiq prosesinin real icrası və bölgələr üzrə bərabər şəkildə həyata keçirilməsi məsələsinin vacibliyini vurğulayırlar.

Qeyd edək ki, indiyədək İranda qadınların motosiklet sürməsi qanunvericilikdə açıq şəkildə qadağan olunmasa da, onlara sürücülük vəsiqəsi verilmədiyi üçün bu hüquq faktiki olaraq məhdud idi. Yeni qərarla bu maneə aradan qaldırılmış hesab olunur.

Mənbə: https://sonxeber.az/386955/iranda-qadinlara-motosiklet-surmek-ucun-resmi-icaze-verildi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button