İlon Mask tarixdə sərvəti 850 milyard dollara çatan ilk insan oldu - Admenasi
Hadise

İlon Mask tarixdə sərvəti 850 milyard dollara çatan ilk insan oldu

Amerikalı milyarder və texnologiya sahibkarı İlon Mask sərvətinin həcmi ilə tarixə düşüb.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, SpaceX və xAI şirkətlərinin dəyərinin artması, eləcə də Tesla-dakı səhmlərinin bahalaşması fonunda Maskın ümumi sərvəti 850 milyard dolları ötərək bu göstəriciyə çatan ilk insan olub.

Məlumatlara görə, İlon Mask bu artım nəticəsində qlobal sərvət reytinqində rəqiblərini böyük fərqlə geridə qoyaraq açıq şəkildə zirvədə qərarlaşıb. Xüsusilə kosmik texnologiyalar və süni intellekt sahəsindəki investisiyalar onun maliyyə gücünün əsas mənbələri kimi göstərilir.

Mütəxəssislər Maskın sərvətindəki sürətli artımın texnologiya sektorunda baş verən son inkişaflarla birbaşa əlaqəli olduğunu bildirirlər.

Mənbə: https://sonxeber.az/386951/ilon-mask-tarixde-serveti-850-milyard-dollar-catan-ilk-insan-oldu

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button