Xarkova kütləvi gecə hücumu: Ukraynanın ən böyük İES-i qismən sıradan çıxarıldı

Rusiya qoşunlarının gecə saatlarında Xarkova endirdiyi kütləvi hücum nəticəsində Ukraynanın ən böyük istilik-elektrik stansiyası olan Xarkov İES-5 (TƏS-5) vurularaq qismən sıradan çıxarılıb.
Sonxeber.az xəbər xarici mediaya istinadən xəbər verir ki, fevralın 3-nə keçən gecə Xarkov vilayəti və Xarkov şəhərinə edilən intensiv atəşlər nəticəsində “Xarkov İES-5” Qapalı Səhmdar Cəmiyyətinə məxsus kritik əhəmiyyətli obyektlər, eləcə də “Xarkovskaya” və “Zalyutino” elektrik yarımstansiyaları zədələnib.
Hadisə ilə əlaqədar Xarkov şəhərində texnogen xarakterli fövqəladə vəziyyət elan edildiyi qeyd olunub.
Ukrayna tərəfi daha əvvəl bəyan etmişdi ki, Rusiya ordusu fevralın 3-nə keçən gecə 2026-cı ilin əvvəlindən bu yana ölkənin enerji infrastrukturuna ən genişmiqyaslı zərbəni endirib.
Hücumla bağlı Ukrayna Prezidenti Vladimir Zelenski də açıqlama verib.



