Ustalıqla park etdi, hər kəsi heyrətə saldı – VİDEO

İstanbulda bir yaşayış kompleksinin avtodayanacağında lentə alınan görüntülər sürücülərin ən böyük problemlərindən biri olan dar məkanda parklanma mövzusuna yeni baxış gətirib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, avtomobilini demək olar ki, mümkünsüz görünən bir boşluğa tək hərəkətlə və böyük ustalıqla yerləşdirən sürücü həmin anları mobil telefonla çəkərək sosial şəbəkədə paylaşıb.
Qısa müddət ərzində minlərlə bəyənmə və şərh alan video xüsusilə İstanbulda parklanma yeri tapmaqda çətinlik çəkən və dar sahələrdə avtomobil saxlamaq məcburiyyətində qalan istifadəçilərin böyük marağına səbəb olub.
Görüntülərə sosial mediada “Adam işinin ustasıdır, amma xahiş edirik bizim parkinqdə etməsin”, “Bacarıq nədir deyə soruşanlara bu videonu göstərin” kimi yumorlu rəylər yazılıb. Video sürücülük bacarığının nümunəsi kimi geniş müzakirələrə yol açıb.
Video ucun menbeyey baxin: https://sonxeber.az/386929/ustaliqla-park-etdi-her-kesi-heyrete-saldi-video
Mənbə: https://sonxeber.az/386929/ustaliqla-park-etdi-her-kesi-heyrete-saldi-video



