Barış Akarsunun ailəsindən suiqəsd iddialarına açıqlama - Admenasi
Maraqli

Barış Akarsunun ailəsindən suiqəsd iddialarına açıqlama

“Epstein sənədləri”nin yenidən gündəmə gəlməsindən sonra sosial şəbəkələrdə köhnə iddialar və müxtəlif konspirasiya nəzəriyyələri də yenidən yayılmağa başlayıb. Bu paylaşımlar arasında 2007-ci ildə keçirdiyi yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirən müğənni Barış Akarsu ilə bağlı iddialar da yer alıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, bəzi sosial media istifadəçiləri sənətçinin “Kimdir O?” mahnısından sonra vəfat etməsini əsas gətirərək qəzanın “suiqəsd” ola biləcəyi ilə bağlı əsassız fikirlər səsləndiriblər. İddialar qısa müddətdə geniş yayılarkən, məsələ ilə bağlı sənətçinin ailəsindən açıqlama verilib.

Barış Akarsunun əmisi oğlu tərəfindən yayılan açıqlamada bu iddialara qəti şəkildə etiraz olunub. Bildirilib ki, sənətçinin ölümü bədbəxt yol qəzası nəticəsində baş verib və hadisənin fərqli istiqamətlərə yozulması düzgün deyil.

Açıqlamada qeyd olunub: “Mərhum qardaşıma olan sevginiz və marağınız bizim üçün çox dəyərlidir. Ancaq təxminən 19 il əvvəl baş vermiş bu qəzanın baxış sayı toplamaq naminə fərqli yerlərə çəkilməsinə lütfən imkan verməyin. Qardaşım təəssüf ki, talehsiz yol qəzası nəticəsində həyatını itirib. Bunun ‘Kimdir O?’ mahnısı və ya başqa hər hansı hadisə ilə heç bir əlaqəsi yoxdur. Onun xatirəsinə doğru şəkildə sahib çıxmağınızı xahiş edirəm.”

Ailə üzvləri Barış Akarsunun adının əsassız və spekulyativ iddialarla gündəmə gətirilməməsini istəyərək, sənətçinin xatirəsinə hörmətlə yanaşmağa çağırıb.

Mənbə: https://sonxeber.az/386915/baris-akarsunun-ailesinden-suiqesd-iddialarina-aciqlama

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button