Idman
“Qarabağ”ın rəqibi kapitanını göndərdi

“Nyukasl” kapitanı Camal Lassellslə yollarını ayırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.
32 yaşlı mərkəz müdafiəçisi “Lester”ə transfer olunub.
Lassells 2014-cü ildən “Nyukasl”da çıxış edirdi. İngiltərəli futbolçu bu mövsüm komandanın heyətində 2 oyunda meydana çıxıb.
Qeyd edək ki, “Nyukasl” UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibidir. Komandalar arasındakı ilk oyun fevralın 18-də Bakıda keçiriləcək. Cavab matçı isə 6 gün sonra İngiltərədə baş tutacaq.
Mənbə: https://sonxeber.az/386916/qarabagin-reqibi-kapitanini-gonderdi



