Əmisinin baltaladığı 14 yaşlı oğlanın vəziyyəti - Açıqlandı - Admenasi
Sosial

Əmisinin baltaladığı 14 yaşlı oğlanın vəziyyəti – Açıqlandı

Cəlilabadda əmisi tərəfindən baltalanan 14 yaşlı yeniyetmənin vəziyyəti açıqlanıb.

Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, fevralın 1-i saat 17:00 radələrində xəsarət alması səbəbilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan 2012-ci il təvəllüdlü (kişi) şəxsin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.

Qeyd edək ki, Cəlilabadda 14 və 15 yaşlı qardaş-bacıya əmiləri tərəfindən balta xəsarəti yetirilib. Onlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsalar da, 2011-ci il təvəllüdlü Həqiqət Musa qızı Nağıyevanın həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törətməkdə şübhəli bilinən 49 yaşlı Ə.Nağıyev saxlanılaraq istintaqa təhvil verilib.

Mənbə: https://sonxeber.az/386913/emisinin-baltaladigi-14-yasli-oglanin-veziyyeti-aciqlandi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button