"Marketə gedirəm" deyərək evdən çıxan gənc qız günlərdir itkin düşüb - Admenasi
Hadise

“Marketə gedirəm” deyərək evdən çıxan gənc qız günlərdir itkin düşüb

Bursada yaşayan Sude Solak 27 dekabr 2025-ci il tarixində evdən “marketə gedirəm” deyərək ayrılıb və bir daha geri qayıtmayıb. Gənc qızdan uzun müddət xəbər ala bilməyən ailəsi narahatlıq keçirərək polisə müraciət edib və itkin düşmə ilə bağlı rəsmi müraciət qeydə alınıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, müraciətdən sonra polis əməkdaşları Sude Solakın tapılması istiqamətində genişmiqyaslı axtarışlara başlayıb. Hüquq-mühafizə orqanları gənc qızın evdən çıxdığı vaxtdan etibarən gedə biləcəyi marşrutları araşdırır, həmçinin ərazidəki təhlükəsizlik kameralarının görüntülərini incələyir.

Günlərdir qızlarından sevindirici bir xəbər gözlədiklərini bildirən ailə ümidlərini itirmədiklərini deyib. Ailə Sude Solakı görən və ya harada ola biləcəyi ilə bağlı hər hansı məlumata sahib olan şəxslərdən təhlükəsizlik orqanlarına məlumat vermələrini xahiş edib.

Faktla bağlı axtarış tədbirləri davam etdirilir.

Mənbə: https://sonxeber.az/386878/markete-gedirem-deyerek-evden-cixan-genc-qiz-gunlerdir-itkin-dusub

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button