Ronaldoya oxşayan gənc artıq ona bənzəmir!

Kristiano Ronalduya bənzərliyi ilə tanınan Gökmen Akdoğan son görüntüsü ilə sosial mediada müzakirələrə səbəb olub.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, istifadəçilərin böyük bir hissəsi artıq onun məşhur futbolçuya o qədər də bənzəmədiyini iddia edərək paylaşıma müxtəlif şərhlər yazıblar.
Uzun müddət sosial şəbəkələrdə “Ronalduya ən çox bənzəyən şəxs” kimi tanınan Akdoğanın yaş artdıqca portuqaliyalı ulduza oxşarlığının azaldığı ilə bağlı fikirlər diqqət çəkib.
Paylaşımın altında yazılan rəylər isə xüsusilə müzakirə yaradıb. Bəzi istifadəçilər zarafat və tənqid dolu ifadələr işlədərək “Artıq Artuya oxşayır”, “Marketdən plastik diş alıb taxsam mən də oxşayaram”, “Heç vaxt bənzəmirdi”, “Ronaldo bir gün bunu döyəcək, görək nə vaxt”, “Ronaldo yaşlandıqca buna oxşamağa başlayıb” və “Mən daha çox oxşayıram” kimi şərhlər yazıblar.
Qeyd edək ki, Gökmen Akdoğan daha əvvəl verdiyi açıqlamalarda Ronalduya bənzədilməsinin həyatını dəyişdiyini və bu bənzərlik sayəsində sosial mediada böyük izləyici kütləsi qazandığını bildirmişdi. Lakin son görüntülər bu oxşarlıqla bağlı müzakirələri yenidən gündəmə gətirib.
Mənbə: https://sonxeber.az/386868/ronaldoya-oxsayan-genc-artiq-ona-benzemir



