Tursit bəbir ilə selfi çəkmək istəyərkən hücuma məruz qaldı – VİDEO

Çində xizək sürən qadın turist selfi çəkmək məqsədilə yaxınlaşdığı bəbirin hücumuna məruz qalıb.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, qadın turist xizək mərkəzində hərəkətdə olduğu zaman ərazidə olan bəbirə yaxınlaşaraq onunla şəkil çəkdirmək istəyib. Həddindən artıq yaxınlaşan turist gözlənilmədən vəhşi heyvanın hücumuna məruz qalıb. Hücum zamanı qadın yerə yıxılıb və üz nahiyəsindən yüngül xəsarət alıb.
Hadisə yerinə gələn təhlükəsizlik əməkdaşları vəziyyətə dərhal müdaxilə ediblər. Yaralanan turistə ilkin tibbi yardım göstərilib və onun səhhətinin stabil olduğu bildirilib.
Hadisə anı ərazidə olan şəxslər tərəfindən mobil telefon kamerası ilə qeydə alınıb.
Video ucun menbeyey baxin: https://sonxeber.az/386866/tursit-bebir-ile-selfi-cekmek-isteyerken-hucuma-meruz-qaldi-video
Mənbə: https://sonxeber.az/386866/tursit-bebir-ile-selfi-cekmek-isteyerken-hucuma-meruz-qaldi-video



