Kanalizasiyadan gələn səsi eşidən qadın tərəddüd etmədən içəri endi - VİDEO - Admenasi
Hadise

Kanalizasiyadan gələn səsi eşidən qadın tərəddüd etmədən içəri endi – VİDEO

Cənubi Amerika küçələrində qeydə alınan bir video sosial mediada milyonlarla baxış toplayaraq böyük maraq doğurub.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, görüntülərdə yoldan keçən bir qadın kanalizasiya qapağının altından gələn köməksiz ördək balalarının səsini eşidərək dərhal hərəkətə keçir.

Səslərin gəldiyi yeri müəyyən edən qadın ətəyini və ayaqqabılarını çıxararaq kanalizasiyaya daxil olur və balaları xilas etməyə çalışır. Videoda onun çirkli suya və palçıqlı mühitə baxmayaraq, başqa bir şəxsin köməyi ilə ördək balalarından birini çıxardığı görünür.

Daha sonra balalar bir-bir oradan çıxarılaraq təhlükəsiz əraziyə aparılır. Çəmənlikdə bir araya gətirilən ördək balalarının analarının yanına qaçması duyğulu anlara səbəb olub.

Xarici mediada “insanlığın gözəl üzü” kimi dəyərləndirilən hadisə sosial şəbəkələrdə də geniş əks-səda doğurub. İzləyicilər qadının fədakarlığını və operativ reaksiyasını alqışlayıblar.

Video ucun menbeyey baxin: https://sonxeber.az/386845/kanalizasiyadan-gelen-sesi-esiden-qadin-tereddud-etmeden-iceri-endi-video

Mənbə: https://sonxeber.az/386845/kanalizasiyadan-gelen-sesi-esiden-qadin-tereddud-etmeden-iceri-endi-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button