Özünü balkondan atdı, xəsarət aldı - VİDEO - Admenasi
Hadise

Özünü balkondan atdı, xəsarət aldı – VİDEO

İstanbulun Beyoğlu rayonunda baş verən hadisədə həyat yoldaşı ilə mübahisə edən qadın birinci mərtəbədə yerləşən mənzilin balkonundan özünü atmaq istəyib. Arxasınca gələn əri qadını qollarından tutaraq saxlamağa çalışsa da, bir müddət havada asılı qalan qadın yerə düşüb və xəsarət alıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, iddiaya görə, həyat yoldaşı ilə mübahisə edən qadın yaşadığı evin balkonuna çıxaraq özünü aşağı atmaq istəyib. Bu zaman arxadan gələn əri qadını tutaraq onu xilas etməyə cəhd edib. Hadisəni görən iki nəfər də küçədən kömək üçün yaxınlaşıb. Lakin bütün cəhdlərə baxmayaraq qadın yerə düşüb.

Qadının yerə düşdüyünü görən ətrafdakı sakinlər ərinə etiraz edərək “Nə edirsən?” deyə reaksiya göstəriblər. Yaralanan qadın hadisə yerinə çağırılan təcili tibbi yardım əməkdaşları tərəfindən xəstəxanaya aparılıb.

Hadisə anı ərazidə olan şəxslər tərəfindən mobil telefon kamerası ilə saniyə-saniyə qeydə alınıb.

Video ucun menbeyey baxin: https://sonxeber.az/386843/ozunu-balkondan-atdi-xesaret-aldi-video

Mənbə: https://sonxeber.az/386843/ozunu-balkondan-atdi-xesaret-aldi-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button