Güclü yağış nəticəsində pilləkən uçdu: Xəsarət alan yoxdur – VİDEO

İstanbulun Sarıyer rayonunda güclü yağış səbəbindən binanın yanında yerləşən pilləkən çöküb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə zamanı ərazi sakinləri küçəyə axışsa da, xoşbəxtlikdən ölən və ya xəsarət alan olmayıb.
İlkin məlumata görə, binaya bitişik olan pilləkənin alt hissəsi intensiv yağışın təsiri ilə uçub.
Ətrafdakı sakinlərin məlumatı əsasında hadisə yerinə AFAD, xilasetmə, təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Təhlükəsizlik tədbirləri görüldükdən sonra çökmüş hissənin bərpasına başlanılıb.
Video ucun menbeyey baxin: https://sonxeber.az/386840/guclu-yagis-neticesinde-pilleken-ucdu-xesaret-alan-yoxdur-video
Mənbə: https://sonxeber.az/386840/guclu-yagis-neticesinde-pilleken-ucdu-xesaret-alan-yoxdur-video



