"Tovuz Tibb Mərkəzi"ndə böhran: Vəzifəli şəxsin MMC-sinin xeyli miqdarda borcu var - Admenasi
Sosial

“Tovuz Tibb Mərkəzi”ndə böhran: Vəzifəli şəxsin MMC-sinin xeyli miqdarda borcu var

“Tovuz Tibb Mərkəzi” MMC-nin xeyli miqdarda vergi borcu yaranıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hazırda MMC-nin 132 619,05 manat vergi borcu var.

“Tovuz Tibb Mərkəzi” MMC 9 sentyabr 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 40 manatdır. MMC-nin hüquqi ünvanı Tovuz rayonu Tovuz şəhəri, İ.Mürşüdov küçəsi, ev 44-də yerləşir. MMC-nin qanuni təmsilçisi İsmayılov Emin Maksim oğludur. Emin İsmayılov haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.

İddialara görə, “Tovuz Tibb Mərkəzi” MMC-nin sahibi Hikmət İbrahimlidir. O, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri vəzifəsində işləyir. Hikmət İbrahimli 2021-ci ilədək “Tovuz Tibb Mərkəzi” MMC-nin qanuni təmsilçisi olub.

“Tovuz Tibb Mərkəzi” MMC-nin vergi borcunun yaranması ilə bağlı da maraqlı mülahizələrə irəli sürülür.

İddialara görə, Hikmət İbrahimlinin İcbari Tibbi Sığorta Agentliydə vəzifə tutması “Tovuz Tibb Mərkəzi” MMC-nin fəaliyyətinə müsbət mənada təsirsiz ötüşməyib. Lakin hazırda Agentlikdə ciddi yoxlamalar aparıldığından “Tovuz Tibb Mərkəzi” MMC ilə sözügedən qurumla işbirliyinə əngəl yaradıb. Bu baxımdan, MMC-nin fəaliyyəti əvvəlki illərə nisbətən xeyli zəifləyib və nəticədə xeyli miqdarda vergi borcu yaranıb.

Bu iddialarla bağlı “Tovuz Tibb Mərkəzi” MMC ilə əlaqə saxlamaq cəhdlərimiz nəticə verməyib.

Mənbə: https://sonxeber.az/386833/tovuz-tibb-merkezinde-bohran-vezifeli-sexsin-mmc-sinin-xeyli-miqdarda-borcu-var

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button