Səidə Bəkirqızı Akif Nağını məhkəməyə verir? – ÖZÜ AÇIQLADI

Bəzi xəbər saytları və sosial şəbəkələrdə tanınmış jurnalist, teleaparıcı Səidə Bəkirqızının Azad Vətən Partiyasının sədri Akif Nağını məhkəməyə verməyə hazırlaşması ilə bağlı xəbərlər yayılıb. BiG.AZ xəbəri dəqiqləşdirmək üçün Səidə Bəkirqızı ilə əlaqə saxlayıb.
Saytımıza açıqlamasında Səidə Bəkirqızı bildirdi ki, “Akif Nağı kimdir ki mən onu məhkəməyə verim? Mən onun nəyini məhkəməyə verəcəm? “Ağdam TV” adlı səhifə belə bir xəbər yayıb, öz tərbiyəsizliklərini ortaya qoyublar. Akif Nağı kimdirki? Çox yanlış məlumatdır” deyə Bəkirqızı bildirib.
Qeyd edək ki, Səidə Bəkirqızının məcburi köçkünlərlə bağlı fikirlərinə görə Akif Nağı öz Facebook sosial şəbəkə hesabında Səidə Bəkirqızının ünvanına təhqiramiz ifadələrlə dolu status paylaşmışdı.
Mənbə: https://sonxeber.az/386804/seide-bekirqizi-akif-nagini-mehkemeye-verir-ozu-aciqladi



