Dunyada
Uiteker: ABŞ Liviya ssenarisinin İranda təkrarlanmasını istəmir

ABŞ İranda qeyri-sabitliyin yaranmasını istəmir, bu, 2011-ci ildə ölkə lideri Müəmmər Qəddafinin öldürülməsindən sonra Liviyada baş verən hadisələrin təkrarlanmasına səbəb ola bilər.
“Report”un məlumatına görə, ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uiteker bunu “Fox News”a müsahibəsində bildirib.
“Biz İran kimi bir ölkəni Obama (ABŞ-nin 44-cü prezidenti -red) administrasiyasının Qəddafinin devrildiyi və heç bir plan olmadığı zaman Liviyada etdiyi kimi qeyri-sabitləşdirmək istəmirik. “Ona görə də, əlbəttə ki, gücümüzdən necə istifadə etdiyimizdə ehtiyatlı olmalıyıq”, – o deyib.
Mənbə: https://sonxeber.az/386787/uiteker-abs-liviya-ssenarisinin-iranda-tekrarlanmasini-istemir



