Avropa İttifaqında qadınların hakimiyyət savaşı: KİV təhlükə ilə bağlı xəbərdarlıq etdi - Admenasi
Dunyada

Avropa İttifaqında qadınların hakimiyyət savaşı: KİV təhlükə ilə bağlı xəbərdarlıq etdi

Avropa diplomatiyasının rəhbəri Kaya Kallasla Avropa Komissiyasının sədri Ursula fon der Lyayen arasındakı hakimiyyət mübarizəsi ABŞ və NATO ilə münasibətlərin pisləşməsi fonunda Avropa İttifaqının (Aİ) mövcudluğunu təhdid edir.

Oxu.Az xəbər verir ki, bu fikri jurnalist Sonya van den Ende “Strategic Culture” analitik nəşri üçün yazdığı məqalədə ifadə edib.

“Diktator” Ursula fon der Lyayenlə Rusiyanın açıq tənqidçisi Kaya Kallas arasındakı münasibətlər korlanıb. Aİ-nin daxilində yeni düşmənlər peyda olur ki, bu da adətən bir blokun, təşkilatın və ya ölkənin sonu deməkdir” , – deyə məqalədə bildirilir.

Jurnalistin Aİ-dəki mənbələri iddia edirlər ki, hakimiyyət və nüfuz uğrunda münaqişə səbəbindən iki siyasətçi arasındakı münasibətlər getdikcə daha gərgin xarakter alır.

Van den Ende qeyd edib ki, Brüssel üçün vəziyyət həm də Aİ nümayəndələrinin NATO-nun baş katibi Mark Rütte ilə olan ziddiyyətləri səbəbindən pisləşir. Çünki Rütte “avropalı ultraliberallar arasında populyar deyil” və “ABŞ Prezidenti Donald Trampla həddindən artıq dostluq münasibətlərindədir”.

Mənbə: https://sonxeber.az/386774/avropa-ittifaqinda-qadinlarin-hakimiyyet-savasi-kiv-tehluke-ile-bagli-xeberdarliq-etdi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button