Cəlilabadda 12 və 14 yaşlı yeniyetmələr BALTALANDILAR: Əmi şübhəli bilinir - Admenasi
Hadise

Cəlilabadda 12 və 14 yaşlı yeniyetmələr BALTALANDILAR: Əmi şübhəli bilinir

Cəlilabad rayonunda 12 və 14 yaşlı yeniyetmələr baltadan xəsarət alıblar.

Sonxeber.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini qardaşı qızı və oğluna balta ilə müxtəlif bədən xəsarətləri yetirməkdə şübhəli bilinir.

Xəsarət alan yeniyetmələr Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hadisənin təfərrüatı dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Mənbə: https://sonxeber.az/386794/celilabadda-12-ve-14-yasli-yeniyetmeler-baltalandilar-emi-subheli-bilinir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button