Hadise
Ucarda iki nəfər dəm qazından zəhərlənib

Ucarda dəm qazından zəhərlənmə hadisəsi baş verib.
Sonxeber.az APA-ya istinadla xəbər verir ki, hadisə axşam saatlarında qeydə alınıb.
Rayonun Qarabörk kənd sakini, 1981-ci il təvəllüdlü Elnarə Xəlil qızı Xəlilova və Gəraybəyli kənd sakini, 2020-ci il təvəllüdlü Aliyə Əlisa qızı Vəliyeva dəm qazından zəhərlənmə diaqnozu ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Zərərçəkənlərə zəruri tibbi yardım göstərilib və vəziyyətləri stabildir.
Mənbə: https://sonxeber.az/386741/ucarda-iki-nefer-dem-qazindan-zeherlenib



