Epşteyn işi ilə bağlı 3 milyon səhifəlik sənəddə Şahzadənin də adı var

ABŞ Ədliyyə Nazirliyi Ceffri Epşteyn işi arxivinin yeni bir hissəsini – üç milyon səhifədən çox sənədi açıqlayıb.
Axşam.az xəbər verir ki, bu sənədlər Britaniya kral ailəsinin üzvü olan Şahzadə Endryunu bir daha gündəmə gətirib.
Dərc olunmuş materiallar arasında ekspertlərin fikrincə, Şahzadə Endryu qadının yanında qeyri-adi pozada təsvir etdiyi fotoşəkillər də var.
Arxivlərdə həmçinin 2010-cu ildən yazışmalar var. Məktublarda göstərilir ki, Epşteyn yetkinlik yaşına çatmayan qızları fahişəliyə cəlb etməkdə ittiham edildikdən sonra şahzadə ilə əlaqə saxlamağa davam edib. Bir mesajda Epşteyn şahzadəni 26 yaşlı rus qadınla tanış etməyi təklif edib və Endryu ona “onu görməyə şad olacağını” bildirib.
Bu yeni materiallar şahzadənin 2010-cu ildən sonra Epşteynlə əlaqəsini tamamilə kəsdiyinə dair iddialarını bir daha şübhə altına alıb. Endryu əvvəllər qalmaqalla əlaqədar hərbi rütbələrindən və kral titullarından məhrum edilmişdi, baxmayaraq ki, o, Epşteynin çevrəsinə aid cinayətlərdə iştirakını dəfələrlə inkar edib.
Daha əvvəl, məşhur cinsi cinayətkar Ceffri Epşteynin partnyorunun cəzasını hansı şərtlər altında çəkdiyi açıqlanmışdı.
Mənbə: https://sonxeber.az/386739/epsteyn-isi-ile-bagli-3-milyon-sehifelik-senedde-sahzadenin-de-adi-var



