Qızıl almaq istədiyini deyib soyğunçuluq edən şəxs saxlanılıb - Admenasi
Hadise

Qızıl almaq istədiyini deyib soyğunçuluq edən şəxs saxlanılıb

Sumqayıtda soyğunçuluq hadisəsi qeydə alınıb.

Bu barədə Sonxeber.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, zərərçəkən 3700 manat dəyərində qızıl-zinət əşyalarını satmaq məqsədilə sosial şəbəkələrdə elan yerləşdirib.

Bundan sonra bir nəfər telefon vasitəsilə onunla əlaqə saxlayıb və qızılları almaq istədiyini bildirib. Görüş zamanı isə şübhəli şəxs qızıl-zinət əşyalarını götürərək maşınla hadisə yerindən uzaqlaşıb.

Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən 23 yaşlı Ramin Tahirov müəyyən olunaraq saxlanılıb.

Mənbə: https://sonxeber.az/386662/qizil-almaq-istediyini-deyib-soygunculuq-eden-sexs-saxlanilib

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button