Ölümündən sonra donor olmaq istəyənlərin sayı açıqlandı - Admenasi
Sosial

Ölümündən sonra donor olmaq istəyənlərin sayı açıqlandı

“Hazırda Azərbaycanda minlərlə şəxsin orqana ehtiyacı var”.

Oxu.Az xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin sədri Yeganə Abbasova “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda keçirilən dəyirmi masa çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O, qeyd edib ki, hazırda 4642 şəxs dializ olunur:

“Onların donor ola biləcək insanlara ehtiyacı var. Azərbaycanda ilk meyit orqan transplantasiyasından sonra bu mexanizmlə donor olmaq istəyənlərin sayı 1200-ü keçib”.

Mənbə: https://sonxeber.az/386660/olumunden-sonra-donor-olmaq-isteyenlerin-sayi-aciqlandi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button