KİV: "Mançester Siti"nin qapıçısı klubdan ayrılacaq - Admenasi
Idman

KİV: “Mançester Siti”nin qapıçısı klubdan ayrılacaq

İngiltərənin “Nottinqem Forest” və “Mançester Siti” klubları qapıçı Ştefan Orteqanın transferi ilə bağlı tam razılığa gəliblər.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı alman qolkiper “Nottinqem Forest” klubu ilə 2025/2026 mövsümünün sonunadək nəzərdə tutulan müqavilə imzalayacaq.

Futbolçunun yanvarın 31-də tibbi müayinədən keçməsi planlaşdırılır.

Ştefan Orteqa 2022-ci ilin yayından etibarən “şəhərlilər”in formasını geyinir. Bu müddət ərzində qapıçı bütün turnirlər daxil olmaqla 56 oyunda iştirak edib və 25 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.

Mənbə: https://sonxeber.az/386656/kiv-mancester-sitinin-qapicisi-klubdan-ayrilacaq

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button