Pakistanda 70 terrorçu öldürüldü - Admenasi
Dunyada

Pakistanda 70 terrorçu öldürüldü

Pakistan təhlükəsizlik qüvvələri ölkənin qərbindəki Bəlucistan əyalətinin bir neçə ərazisində silahlı qrupların hücumlarının qarşısını alıb.

Oxu.Az “Dawn”a istinadən xəbər verir ki, bu barədə əyalət hökumətinin rəsmisi Şahid Rind bildirib.

“Terrorçular Bəlucistanın bəzi ərazilərində hücum etməyə cəhd göstəriblər. Asayiş keşikçiləri vaxtında tədbir görüb və hücumların qarşısını alıblar. Təhlükəsizlik qüvvələri iki gün ərzində əyalətdə keçirilən əməliyyatlar zamanı 70 terrorçunu məhv ediblər”, – deyə Rind bildirib.

Mənbə: https://sonxeber.az/386639/pakistanda-70-terrorcu-olduruldu

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button