Dunyada
“Kevin”in anası vəfat etdi

Əfsanəvi aktrisa Ketrin O’Hara 71 yaşında vəfat edib.
Axşam.az xəbər verir ki, bu barədə TMZ nəşri məlumat yayıb.
Aktrisanın ölüm səbəbi hələlik açıqlanmayıb.
Qeyd edək ki, Ketrin “Evdə tək” filmində “Kevin Makkalester”in anası obrazı ilə məşhurlaşıb. O, “Emmi” və “Qızıl Qlobus” mükafatlarına layiq görülüb.



