Avtobus sürücüsü infarkt keçirən sərnişini xəstəxanaya çatdıraraq həyatını xilas etdi - VİDEO - Admenasi
Hadise

Avtobus sürücüsü infarkt keçirən sərnişini xəstəxanaya çatdıraraq həyatını xilas etdi – VİDEO

Bursada avtobusda infarkt keçirən sərnişini vaxt itirmədən xəstəxanaya çatdıraraq həyatını xilas edən özəl ictimai avtobus sürücüsü Muzaffər Sevenin maraqlı keçmişi üzə çıxıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Seven daha əvvəl Diyarbakır Dövlət Xəstəxanasında 3 il təcili tibbi yardım avtomobilinin sürücüsü kimi çalışıb.

Hadisə zamanı avtobusda yaşananlar nəqliyyat vasitəsinin daxili təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Görüntülər sürücünün peşəkar və soyuqqanlı müdaxiləsinin sərnişinin həyatının xilas olunmasında mühüm rol oynadığını göstərir.

Hadisə sosial mediada da geniş maraq doğurub, sürücünün davranışı istifadəçilər tərəfindən təqdir edilib.

Video ucun menbeyey baxin: https://sonxeber.az/386562/avtobus-surucusu-infarkt-keciren-sernisini-xestexanaya-catdiraraq-heyatini-xilas-etdi-video

Mənbə: https://sonxeber.az/386562/avtobus-surucusu-infarkt-keciren-sernisini-xestexanaya-catdiraraq-heyatini-xilas-etdi-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button