Sosial
Ölkənin ən gənc generalı Elxan Məmmədovun oğludur? – Maraqlı detallar

Dövlət Gömrük Komitəsinin general-mayor ali xüsusi rütbəsi verilən 34 yaşlı əməkdaşı Fuad Elxan oğlu Məmmədov barəsində maraqlı məlumatlar yayılıb.
Sonxeber.az “Unikal”a istinadən xəbər verir ki, F.Məmmədov 2025-ci ilin mart ayında Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib. Həmin vaxt o, gömrük xidməti mayoru rütbəsi daşıyırdı. Cəmi 10 ay sonra isə F.Məmmədov artıq general-mayor oldu.
Hazırda Azərbaycanın vəzifədə olan ən gənc generalı olan Fuad Məmmədovun atasının müəllim olduğu bildirilib.
Onun atasının bp-nin vitse-prezidenti olmasına dair iddialar olsa da, bu, təsdiqini tapmayıb.
Mənbə: https://sonxeber.az/386556/olkenin-en-genc-generali-elxan-memmedovun-ogludur-maraqli-detallar



