"Qarabağ"ın rəqibi bu gün məlum olacaq - Admenasi
Idman

“Qarabağ”ın rəqibi bu gün məlum olacaq

Bu gün “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibinin adına aydınlıq gələcək.

Qaynarinfo xəbər verir ki, bu mərhələnin püşkatma mərasimi İsveçrənin Nyon şəhərində, Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Liqa mərhələsini 22-ci pillədə başa vuran təmsilçimiz “səpələnməmişlər” səbətində yer alacaq. “Qarabağ” “səpələnmişlər” səbətinə düşən 11-12-ci yerlərin sahiblərindən biri ilə qarşılaşacaq. Ağdam klubunun potensial rəqibləri Fransanın PSJ və İngiltərənin “Nyukasl Yunayted” klublarıdır.

Pley-off oyunları 17-18 fevral və 24-25 fevralda oynanılacaq. “Qarabağ” ilk matçı Bakıda, cavab oyununu səfərdə keçirəcək.

Qeyd edək ki, “Qarabağ” – PSJ/”Nyukasl” cütünün qalibi 1/8 finalda Liqa mərhələsini beşinci pillədə başa vuran “Barselona” və ya altıncı yerin sahibi “Çelsi” ilə üz-üzə gələcək.

Mənbə: https://sonxeber.az/386544/qarabagin-reqibi-bu-gun-melum-olacaq

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button