Ölkənin ən gənc generalı oldu - Admenasi
Sosial

Ölkənin ən gənc generalı oldu

Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Gömrük Komitəsinin general-mayor ali xüsusi rütbəsi verilən əməkdaşı Fuad Elxan oğlu Məmmədov ölkənin ən gənc generalı olub.

“Qafqazinfo”nun məlumatına görə, Fuad Elxan oğlu Məmmədov (34 yaş) – uzun illər gömrük orqanlarında müxtəlif vəzifələrdə çalışıb.

2025-ci ilin mart ayında Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib.

Ondan əvvəl isə ən gənc generallar Babək Ələkbərovla Fərid Əliyev idi. Hər ikisinin hazırda 39 yaşı var.

Qeyd edək ki, Fərid Əliyevlə Babək Ələkbərova 36 yaşında general rütbəsi verilmişdi.

Mənbə: https://sonxeber.az/386537/olkenin-en-genc-generali-oldu

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button