Tərk edilmiş binanın zirzəmisində boğularaq öldü - Admenasi
Hadise

Tərk edilmiş binanın zirzəmisində boğularaq öldü

Türkiyənin Adana şəhəri, Çukurova rayonunda baş verən faciəvi hadisədə Muhammet Yusuf Kalkan adlı şəxs həyatını itirib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, məlumata görə, Kalkan dostu ilə birlikdə Huzurevleri Məhəlləsindəki tərk edilmiş binaya daxil olub. İkinci mərtəbədə olduğu zaman tarazlığını itirərək, yağışlardan sonra təxminən 2 metr dərinliyində su yığılmış zirzəmiya düşüb.

Hadisəni görən dostları dərhal polisə məlumat verib. Hadisə yerinə polis, təcili tibbi yardım və sualtı qrup əməkdaşları cəlb olunub. Sualtı polisinin apardığı axtarış nəticəsində Kalkanın cansız bədəni zirzəmidən çıxarılıb.

Hadisə yerindəki araşdırmalardan sonra cəsəd Adana Tibb Qurumuna göndərilib. Ölüm səbəbinin müəyyənləşdirilməsi üçün ekspertizalar davam edir. Hadisə ilə bağlı istintaq sürdürülür.

Mənbə: https://sonxeber.az/386521/terk-edilmis-binanin-zirzemisinde-bogularaq-oldu

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button