Lüks avtomobillərdən ibarət taksi dayanacağı diqqət çəkdi – VİDEO

Türkiyənin Mersin şəhərində fəaliyyət göstərən bir taksi dayanacağı qeyri-adi avtomobil parkı ilə gündəmə gəlib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, sarı rəngə boyanaraq taksiyə çevrilən lüks avtomobillər görənlərin marağına səbəb olub.
Dayanacağın tərkibində Audi, BMW və Mercedes kimi yüksək seqmentli avtomobillərin yan-yana düzülməsi və taksi kimi xidmət göstərməsi vətəndaşlar arasında təəccüb doğurub.
Adətən fərdi istifadə üçün nəzərdə tutulan bu avtomobillərin taksi fəaliyyəti göstərməsi Mersin üçün fərqli yanaşma kimi qiymətləndirilir.
Lüks avtomobil qalereyasını xatırladan taksi dayanacağı həm şəhər sakinləri, həm də sosial media istifadəçiləri arasında geniş müzakirələrə səbəb olub. Görünüşü və konsepti ilə seçilən bu dayanacaq Mersində taksi xidmətinə yeni baxış bucağı gətirib.
Video ucun menbeyey baxin: https://sonxeber.az/386530/luks-avtomobillerden-ibaret-taksi-dayanacagi-diqqet-cekdi-video
Mənbə: https://sonxeber.az/386530/luks-avtomobillerden-ibaret-taksi-dayanacagi-diqqet-cekdi-video



