Qapı zəngini basaraq qaçmağa çalışan bir bacı və iki qardaşın görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə zamanı qız uşağının gizlənmək üçün göstərdiyi cəhdlər izləyənləri güldürüb.
Təhlükəsizlik kamerasına düşən anlar qısa zamanda viral olub və istifadəçilər tərəfindən çoxsaylı bəyənmə və şərhlər alıb.